Ukraynanın baş naziri Denis Şmıqal, Rusiyanın raket zərbələri nəticəsində Ukraynanın enerji sisteminin demək olar ki, yarısının sıradan çıxdığını bildirib.
“Təəssüf ki, Rusiya Ukraynanın mühüm mülki infrastrukturuna raket zərbələrini davam etdirir, dinc əhaliyə qarşı mübarizə aparır və qışda onları işıq, su, istilik və kommunikasiyadan məhrum edir. Yalnız noyabrın 15-də Rusiya Ukrayna şəhərlərinə 100-ə yaxın raket atıb. Enerji sistemimizin demək olar ki, yarısı sıradan çıxıb”.
Qeyd edək ki, bunu Şmıxal bildirib.
Xatırladaq ki, noyabrın 15-də Rusiya Ukraynanın ən azı 17 bölgəsinə raket zərbələri endirib: kritik infrastruktura hücum edilib və nəticədə ölkənin 7 milyona qədər evi işıqsız qoyub.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının mətbuat katibi Yuri İqnat, ölkə ərazisində yüzə yaxın raket atıldığını, bunun isə müharibə başlayandan bəri ən kütləvi zərbələrdən biri olduğunu deyib.
Oktyabrın əvvəlində Moskvanın Kiyevi günahlandırdığı Krım körpüsündə baş verən partlayışdan sonra Rusiya Ukraynanın enerji sisteminə sistemli hücumlar həyata keçirdi. Yeri gəlmişkən, noyabrın 10-da “Ukrenerqo”nun idarə heyətinin üzvü Oleksiy Brext, ölkənin enerji sisteminin “yaralandığını, lakin tez sağalacağını” bildirib.
Bu arada Ukrayna prezidenti Vladimir Zelenski, səkkiz aylıq genişmiqyaslı müharibə zamanı Rusiyanın Ukraynaya qarşı təxminən 4500 raketdən istifadə etdiyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB