Şolz Rusiya ilə NATO arasında gərginliyin qarşısını almağa çağırıb

Şolz Rusiya ilə NATO arasında gərginliyin qarşısını almağa çağırıb

Almaniya kansleri Olaf Şolz, Ukraynaya dəstək verməklə yanaşı, NATO ilə Rusiya arasında eskalasiyanın olmamasına diqqət yetirməyin vacibliyini də bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Şolz bunu Sosial Demokrat Partiyasının Fridrixshafen şəhərində keçirilən tədbirində deyib.

Şolza görə, indi Avropada çoxları qorxur və təbii ki, bunun yaxşı səbəbi var . Almaniyalı kanslerə görə, ehtiyatlı və eyni zamanda qətiyyətli hərəkət etmək vacibdir.

Şolz, Ukraynaya yardım göstərməyin, xüsusən də silah tədarükü şəklində yardımın vacibliyini qeyd edsə də, “lakin Rusiya və NATO arasında müharibəyə səbəb olacaq hər hansı bir eskalasiyanın olmamasından da narahat olmaq lazımdır", - deyə bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə