Polşa bomba sığınacaqlarının sayını artırır

Polşa bomba sığınacaqlarının sayını artırır

Polşanın daxili işlər naziri Mariuş Kaminski hakimiyyətin mülki şəxslərin müdafiəsi ilə bağlı yeni qanun hazırladığını, bununla bağlı ölkə ərazisində bomba sığınacaqlarının sayını artırmağı planlaşdırdığını bildirib.

SİA bu barədə rus saytlarına istinad edir.

Biz vətəndaşlarımız üçün mümkün zəruri sığınacaqları təmsil edəcək yerlərin sayını artırmalıyıq deyən Kaminskinin sözlərinə görə, hazırda Polşanın sərəncamında 62 min sığınacaq var.

Nazir ölkədə lazım olan sığınacaqların sayını dəqiqləşdirməyib. Onun dediyinə görə, indi Daxili İşlər Nazirliyi Polşadakı bütün sığınacaqların tam inventarlaşdırılmasına göstəriş verib. Bunlar bir neçə on minlərlə nöqtədir.

Kaminski bu mərhələnin dekabrın ortalarında başa çatacağını vurğulayıb.

Xatırladaq ki, noyabrın 15-də Rusiya Ukrayna ərazisinə kütləvi raket hücumu həyata keçirib. Həmin gün Polşa mətbuatı Ukrayna sərhədindən 8 km aralıda yerləşən Prjevoduv kəndinə raketlərin düşməsi barədə yazıb. Hadisə nəticəsində iki nəfər həlak olub.

Daha sonra Polşa prezidenti Anjey Duda bildirib ki, raketin məqsədli şəkildə ölkə ərazisinə düşməsini göstərən heç nə yoxdur. Çox güman ki, qəza olub. Duda raketin Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən buraxılması ehtimalını da etiraf edib.

Öz növbəsində Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov qeyd edib ki, Ukrayna Polşaya düşən raketin Ukrayna mənşəli olması ilə bağlı Qərb ölkələrinin qənaətləri ilə razı deyil. Onun sözlərinə görə, Kiyev öz nümayəndələrini hadisə yerinə buraxmağı xahiş edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə