2022-ci ilin sentyabr və oktyabr aylarında Rusiyada kişi islah koloniyalarında məhbusların sayı 23 min nəfər azalıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Federal Penitensiar Xidmətin statistikasına istinad edən rus saytlarından biri yazıb.
Əgər sentyabrın əvvəlində islah koloniyalarında demək olar ki, 348 min nəfər var idisə, oktyabrın əvvəlində bu rəqəm 338 minə, noyabrın əvvəlinə isə 325 minə qədər azalıb.
Amma istintaq təcridxanalarında və ya qəsəbə koloniyalarında məhkum olunmuş qadınların sayı praktiki olaraq dəyişməyib.
Saytın fikrincə, məhbusların sayı son illərdə heç vaxt - hətta amnistiya dövründə belə kəskin şəkildə azalmamışdı. İstisna deyil ki, hazırkı azalma Vaqner PMC-də məhbusların işə götürülməsi ilə bağlıdır.
Belə ki, hələ 2022-ci ilin avqustundan məlum olub ki, Ukrayna ilə müharibədə iştirak edən PMC Wagner, təkcə rus hərbçiləri deyil, həm də Rusiya türmələrində cəza çəkən ən qəddar başkəsənləri belə sıralarına qatıb döyüşə göndərir.
Verilən məlumatlara görə, məhkumlara 6 aylıq xidmət və nağd ödənişlərdən sonra əfv təklif olunur. “İşə qəbulun səlahiyyətlisi” isə Rusiya prezidenti Vladimir Putinə yaxın olan iş adamı Yevgeni Priqojinidir.
Yeri gəlmişkən, oktyabrın sonunda “Rus oturuş” fondunun rəhbəri Olqa Romanova Rusiyanın 37 koloniyasından 20 mindən çox məhbusun müharibəyə cəlb olunduğunu bildirib.
Xatırladaq ki, PMC Wagner Rusiyanın qeyri-rəsmi hərbi birliyidir, hərbi idarələrin balansında və hüquqi şəxslərin reyestrində yer almır, lakin onun döyüşçüləri Rusiyanın Suriya, Afrika və Ukraynadakı əməliyyatlarında iştirak edirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB