Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca İstanbulun İstiqlal prospektində törədilən terror aktı nəticəsində yaralanan 71 nəfərin evə buraxıldığını açıqlayıb.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Fəxrəddin Koca rəsmi internet səhifəsində etdiyi paylaşımda bildirib.
"İstiklal prospektində törədilən terror aktı zamanı yaralanan 81 nəfərdən müalicə olunaraq evə buraxılanların sayı 71-ə çatıb. 8 yaralının müalicəsi davam edir. 2 nəfərin müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam edir'',-deyə Fəxrəddim Koca paylaşımında vurğulayıb.
Bu arada İstanbulda törədilən terror hücumu ilə bağlı istintaq davam etdirilir. İstintaq çərçivədə Bolqarıstanda da 5 nəfər saxlanılıb.
Xatırladaq ki, noyabrın 13-də İstanbulun İstiqlal prospektində törədilən terror hücumu nəticəsində 6 nəfər həyatını itirmişdi, 81 nəfər də yaralanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB