Nigeriyada Boko Haram tərəfindən girov götürülən 41 nəfər xilas edilib

Nigeriyada Boko Haram tərəfindən girov götürülən 41 nəfər xilas edilib

Nigeriyanın şimal-şərqində terror təşkilatı Boko Haram tərəfindən girov götürülən 41 nəfər keçirilən əməliyyat nəticəsində xilas edilib.
Müdafiə Nazirliyinin media əməliyyatları üzrə direktoru Musa Danmadami verdiyi açıqlamada ordunun son iki həftədə Borno əyalətində terror təşkilatları Boko Haram və ISWAP-a qarşı havadan və qurudan əməliyyatlar həyata keçirdiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, əməliyyatlar zamanı Boko Haram tərəfindən girov götürülən 41 nəfər xilas edilib.
Əməliyyatlarda 50-dən çox Boko Haram və ISWAP üzvünün zərərsizləşdirildiyini ifadə edən Danmadami terrorçulara məxsus çox sayda sursatın da ələ keçirildiyi bildirib.
Danmadami əməliyyatlar zamanı 250 terrorçunun ailələri ilə birlikdə orduya təslim olduğunu, 10 terrorçunun isə ələ keçirildiyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə