Böyük Britaniya Ukraynaya 125 zenit silahı, həmçinin hava hücumundan müdafiə və döyüş pilotsuz təyyarələrini gücləndirmək üçün xüsusi avadanlıq verəcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunakın Kiyevə gəlib, Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən sonra şənbə günü yaydığı xəbərdə deyilir.
“Bu gün biz [Ukraynanı] yeni hava hücumundan müdafiə vasitələri, o cümlədən zenit silahları, radarlar və pilotsuz uçuş aparatları ilə təmin edirik. Eləcə də soyuq və sərt qış ərəfəsində Ukraynaya göstərilən humanitar yardımın həcmini artırırıq”. Bunu Sunak bildirib.
Qeyd edək ki, mesajda da qeyd edildiyi kimi, yeni hərbi yardım paketinin həcmi 50 milyon funt sterlinqdir (59,5 milyon dollar).
Yeri gəlmişkən görüş zamanı Sunak və Zelenski Ukraynanın münaqişə bitdikdən sonra “yenidənqurma planlarını” da müzakirə ediblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB