Türkiyədə terror aktında şübhəli bilinən daha 8 nəfər saxlanılıb

Türkiyədə terror aktında şübhəli bilinən daha 8 nəfər saxlanılıb

Türkiyədə bu il noyabrın 13-də İstanbulda törədilmiş terror aktı ilə əlaqəli olduğu şübhəli bilinən daha 8 nəfər saxlanılıb. SİA xəbər verir ki, saxlanılan şəxslər terrorçulara yardım etməkdə və onları gizlətməkdə şübhəli bilinirlər.

Saxlanılan iki şəxsin həmçinin terror aktını törədən Suriya vətəndaşı Əhlam Əlbəşirə Suriyadan qeyri-qanuni yollarla Türkiyəyə keçməyə kömək etdikləri bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə