ABŞ Ukraynaya daha çox yardım vəd edir

ABŞ Ukraynaya daha çox yardım vəd edir

ABŞ Prezidenti Co Bayden administrasiyası Ukraynaya yardım üçün maliyyənin artırılması üzərində işləyir. SİA Ukrayna KİV-nə istinadla xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bəyanatla çıxış edib.

Kirbi brifinqdə bildirib ki, ABŞ Ukraynaya daha çox kömək edəcək.
O əlavə edib ki, hazırda Konqres ilə gələcəkdə əlavə maliyyələşdirmə ilə bağlı iş aparılır.

Bu maliyyə ABŞ-ın Ukraynaya göstərəcəyi yardım üçün lazımdır.
Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden administrasiyası Konqresdən təcili yardım üçün daha 37,7 milyard dollar ayırmağı xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə