"Xüsusi axtarış etməsəniz..." - İlon Mask

"Xüsusi axtarış etməsəniz..." - İlon Mask

Dünyanın ən varlı adamı, Tesla və SpaceX-in baş direktoru İlon Maskın 44 milyard dollara aldığı "tvitter"in idarəçiliyini təhvil almasından sonra müzakirələr davam edir. SİA xəbər verir ki, rəhbərləri işdən çıxararaq rəhbərliyi öz üzərinə götürən Mask minlərlə işçini ixtisar edib, uzaqdan iş və nahar xidmətini dayandırıb.

"Tvitter"ə qarşı irəli sürülən iddialar və müzakirələrlə bağlı açıqlama verən Mask, "tvitterin siyasəti söz azadlığıdır, lakin giriş azadlığı deyil. Mənfi nifrət dolu tvitlər və pul qazanma silinəcək. Reklam və ya digər gəlirlər "tvitter"ə gətirilməyəcək. Xüsusi axtarış etməsəniz, tvit tapa bilməyəcəksiniz. Keti Qriffin, Corden Peterson və Babylon Bee öz vəzifələrinə bərpa olunublar. Trampın qərarı hələ verilməyib”-dedi.

Bütün xəbərlər Facebook səhifəmizdə