Ukraynalı diplomata yüksək vəzifə verildi

Ukraynalı diplomata yüksək vəzifə verildi

Ukraynanın Almaniyadakı keçmiş səfiri Andrey Melnik xarici işlər nazirinin müavini təyin edilib. SİA xəbər verir ki, bu barədə Ukrayna hökumətinin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk məlumat verib.

Melnik 2014-cü ildən Ukraynanın Almaniyadakı səfiri vəzifəsində çalışırdı. Ukrayna Prezidenti Volodimir Zelenski 2022-ci il iyulun 9-da onu vəzifəsindən azad edib.

2022-ci ilin mayında Melnik Kiyevə səfərdən imtina etdiyinə görə Almaniya kansleri Olaf Şoltsu təhqir etmişdi və onu "incimiş kolbasa" adlandırmışdı. Daha sonra səfir bildirmişdi ki, Şoltsa dediyi sözlərdən peşmandır.

Bütün xəbərlər Facebook səhifəmizdə