Ərdoğan Ersin Tatarla görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar ilə telefon danışığı aparıb. SİA xəbər verir ki, Ərdoğan KKTC-nin 39-cu ildönümü münasibətilə yazılı mesaj göndərməsinə baxmayaraq, bir daha təbriklərini çatdırıb. KKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olması ilə ailə fotosunun tamamlandığını ifadə edən prezident Ərdoğan, KKTC-nin beynəlxalq ictimaiyyətə tanınması üçün etdiyi tarixi çağırış istiqamətində mübarizəni birlikdə davam etdirəcəklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə