Ərdoğan Zelenski ilə NƏYİ MÜZAKİRƏ EDİB?

Ərdoğan Zelenski ilə NƏYİ MÜZAKİRƏ EDİB?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. SİA xəbər verir ki, görüşdə Rusiya-Ukrayna müharibəsi və taxıl dəhlizi ilə bağlı inkişaflar müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı Ukrayna prezidenti Zelenskiyə taxıl ixracı ilə bağlı İstanbul sazişinin uzadılmasına konstruktiv münasibətinə görə təşəkkür edib. Ərdoğan taxıl müqaviləsi və əsir mübadiləsi ilə bağlı müsbət təcrübələr qazanıldığını və bu anlayışın hər kəs üçün faydalı olacağını bildirib. Prezident Ərdoğan həmçinin İstanbuldakı terror aktı ilə bağlı başsağlığı verdiyi üçün Ukrayna Prezidenti Zelenskiyə təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə