Kiyev yaxınlığındakı Borodyankada britaniyalı küçə rəssamı Benksinin qraffiti mədəni irs obyektinə çevriləcək. Bu barədə “Ukrayna xəbərləri” nəşrinə Borodyankanın kənd Radasından məlumat verilib. Kənd başçısı vəzifəsini icra edən Georgi Yerko divar rəsmlərinin pleksiglasla qorunacağını, arxa işıqlandırmanın, məlumat lövhələrinin və videokameraların quraşdırılacağını bildirib.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, Kiyev və onun ətraflarında Benksi qraffitisinin yaradılması noyabrın 12-də məlum olub.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB