“Cinayətlərdə günahkar və əli olanlar müəyyən edilərək”

“Cinayətlərdə günahkar və əli olanlar müəyyən edilərək”

Rusiya Federasiyası beynəlxalq təşkilatlardan rus hərbi əsirlərin Ukrayna hərbçiləri tərəfindən güllələnməsini pisləməyi və hərtərəfli araşdırma aparmağı tələb edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib: “Biz beynəlxalq təşkilatlardan bu dəhşətli cinayətin pislənməsini, onun hərtərəfli araşdırılmasını tələb edirik. Ukrayna silahlı birləşmələri tərəfindən törədilən hər bir vəhşilik cəzasız qalmayacaq. Cinayətlərdə günahkar və əli olanların hamısı müəyyən edilərək layiqli cəzasını alacaqlar. Heç kim qisasdan qaça bilməyəcək”.

“Bu şok video ardıcıllığı Ukrayna neonasistlərinin cinayətlərinin, Ukraynanın beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Müharibə əsirləri ilə rəftar haqqında Cenevrə Konvensiyasını və Beynəlxalq Pakt da daxil olmaqla, beynəlxalq insan hüquqları normalarını kobud şəkildə pozduğunun daha bir sübutudur”.

Bunu da Zaxarova bildirib.

Zaxarova qeyd edib ki, Rusiya dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətini “Ukrayna tərəfinin saxlanılan rus hərbçilərinə qarşı qəddar və qeyri-insani münasibətinə” cəlb edib. Belə ki, ukraynalı yaraqlılar mütəmadi olaraq qətllər, işgəncələr və məhbuslara qarşı zorakılıqların əks olunduğu videoçarxlar yayırlar.

Qeyd edək ki, bu arada Rusiya İstintaq Komitəsi əsir götürülmüş rus hərbçilərinin Ukrayna Silahlı Qüvvələrinin nümayəndələri tərəfindən kütləvi şəkildə edam edilməsi faktı ilə bağlı cinayət işi açıb. Cümə günü İstintaq Komitəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, işin başlanmasına əsas kimi Ukrayna hərbçilərinin Luqansk Xalq Respublikası ərazisində əsir götürdükləri azı 11 silahsız rus hərbçini güllələdiyi video dayanıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə