Bu dəfə Novosibirsk vilayətindən səfərbər edilmiş müqaviləli əsgərlər şikayətçi düşüblər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onlar qeyri-kafi hazırlıq səbəbindən cəbhə xəttində döyüşməkdən imtina ediblər. Çağırışçıların dediklərinə görə, komandanlıq müqaviləli əsgərlərə psixoloji təzyiq göstərir və onları cinayət məsuliyyəti ilə hədələyirlər.
Belə ki, onlardan birinin dediyinə görə, cəbhə xəttində olmaqdan imtina etdikdən sonra 12 nəfəri döyüş meydanından aparılıb, lakin komandanlıq onları yenidən cəbhə xəttinə göndərmək planlarından əl çəkmir.
Mənə hər gün mənəvi təzyiq göstərirlər. Sıraya düzüb “səninlə nə edək?” –deyib soruşurlar.
Novosibirskli çağırışçının dediyinə görə, zabitlər bütün uğursuzluqlarını bizim adımıza yazırlar.
Onun sözlərinə görə, səfərbər olunanlara “azad edilmiş ərazilərdə xidmət etmək üçün” göndəriləcəkləri vəd edilsə də, amma onları cəbhə xəttinə göndəriliblər.
Maraqlıdır ki, onlar hazırlıqlarının olmamasından da şikayətləniblər.
Bundan başqa Yevgeni adlı çağırışçı, səfərbər olandan bəri pis təmin olunmaqlarından, ilkin tibbi yardım dəsti almadıqlarından gileylənib.
Onun dediyinə görə, çağırışçıların çoxu komandirlərinin kim olduğunu belə bilmir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB