SEPAH-ın polkovniki öldürülüb

İranın Kirmanşah əyalətində SEPAH-ın təhlükəsizlik idarəsinin rəisi, polkovnik Nadir Bayrami öldürülüb.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Kirmanşah əyalətinin Səhnə şəhərində baş verib.

Onun etirazçılar tərəfindən soyuq silahla öldürüldüyü bildirilir.

Qətli törədən şəxslərin həbs edildiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə