Ufada Jirinovskinin adına küçə olacaq?

Yeri gəlmişkən, Jirinovski Dumadakı çıxışlarında həmişə Tatarıstan, Şimali Qafqaz, ümumiyyətlə müsəlmanların yaşadığı bölgələrə federal xəzinədən çox pul ayırmağın əleyhinə çıxış edib
Ufada Jirinovskinin adına küçə olacaq?

Rusiya Liberal Demokrat partiyasının keçmiş lideri Vladimir Jirinovskinin adı Ufanın rayonlarından birində yeni küçəyə verilə bilər

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, şəhər şurası küçəyə ad verilməsi məsələsinə 2023-cü ilin yanvarında baxa bilər.

Qeyd edək ki, bundan əvvəl Rusiya Liberal Demokrat partiyasının Tatarıstan şöbəsi Kazan meri İlsur Metşinə məktub göndərərək Tatarıstanın paytaxtında ictimai bağlardan birinə Vladimir Jirinovskinin adının verilməsi xahişi ilə müraciət etmişdi.

Yeri gəlmişkən qeyd edək ki, Vladimir Jirinovski həmişə çıxışlarında Tatarıstanı və Şimali Qafqazı federal xəzinədən ən çox pul almaqda ittiham edirdi.

Və Jirinovski ilə bağlı maraqlı nüans, onun xəstəxanaya yerləşdirilməsinə ay yarım qalmış, 2021-ci ilin dekabrında o Dövlət Dumasında, əgər Qərb ölkələri Rusiyanın təhlükəsizlik zəmanəti tələblərini qəbul etməsələr, o zaman Moskvanın “fərqli proqram”ı olacağınım, bunun isə fevralın 22-də həyata keçiriləcəyini demişdi.

“2022-ci ilin dinc olmasını istərdim, amma həqiqəti sevirəm, 75 ildir ki, həqiqəti deyirəm. Bu, çətin bir il olacaq. Bu, Rusiyanın nəhayət yenidən böyük ölkəyə çevrildiyi il olacaq. Və hamı susmalı və ölkəmizə hörmət etməlidir”.

Deməli, Jirinovski nəsə bilirmiş. Belə ki, fevralın 24-də Rusiya Donbasa qoşun yeritdi və Ukrayna ilə genişmiqyaslı müharibəyə başladı. Jirinovskinin özü isə səhhəti ilə bağlı “Rusiyaya göstərilən hörməti” görə bilmədi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə