İraqda baş verәn partlayışda ölənlərin sayı artır

İraqda baş verәn partlayışda ölənlərin sayı artır

İraqın Süleymaniyyә şәhәrindә dünәn axşam radәlәrindә qaz sızması sәbәbindәn baş verәn partlayış nәticәsindә hәyatını itirәnlәrin sayı 11 nәfәrә çatıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barәdә Süleymaniyyә valisi Hevel Әbubәkir bәyanat yayıb. O, partlayış nәticәsindә 11 nәfәrin hәyatını itirdiyini, 12 nәfәrin dә xәsarәt aldığını deyib.

H.Әbubәkir xәstәxanaya yerlәşdirilәn 8 nәfәrin evә buraxıldığını, 4 nәfәrin isә xәstәxananın reanimasiya şöbәsindә müalicә olunduğunu deyib.

Qeyd edәk ki, partlayış sәbәbindәn şәhәrdә bir günlük matәm elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə