Amerikalı basketbolçu Mordoviyadakı cəzaçəkmə koloniyasına köçürülüb

Amerikalı basketbolçu Mordoviyadakı cəzaçəkmə koloniyasına köçürülüb

Rusiya və Birləşmiş Ştatlar Qreyner və Rusiyada məhkum olunmuş digər amerikalı Pol Uilanın ABŞ-da həbsdə olan ruslarla dəyişdirilməsini müzakirə edirlər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Rusiyada narkotik qaçaqmalçılığına görə 9 il azadlıqdan məhrum edilən amerikalı basketbolçu Britni Qriner cəzasını Mordoviyadakı 2 saylı cəzaçəkmə koloniyasında çəkəcək

Qeyd edək ki Brittni Mordoviyadakı IK-2-də cəzasını çəkməyə başlayıb.

Onun vəkillərinin dediyinə görə, onlar bu həftənin əvvəlində amerikalı məhbusa baş çəkiblər. Rusiyalı vəkillər Brittninin mümkün qədər situasiyanın öhdəsindən gəldiyini, yeni şəraitə dözməyə və uyğunlaşmağa çalışdığını bildiriblər.

Xatırladaq ki, oktyabrın sonunda Moskva Regional Məhkəməsi amerikalı basketbolçuya qarşı Ximki məhkəməsinin avqust ayında çıxardığı hökmü qanuni sayaraq qüvvədə saxlayıb.

Yeri gəlmişkən, Qreyner 2022-ci ilin fevralında Şeremetyevo hava limanında saxlanılıb. Onun çantasında vape hash yağı tapılıb. Qeyd edək ki, bu maddənin Rusiyada dövriyyəsi qadağandır, lakin ABŞ-ın bəzi ştatlarında qanunidir.

Avqust ayında Ximki məhkəməsi Qreyneri narkotik qaçaqmalçılığında təqsirli bilib və 9 il müddətinə azadlıqdan məhrum edib.

Rusiya və Birləşmiş Ştatlar Qreyner və Rusiyada məhkum olunmuş digər amerikalı Pol Uilanın ABŞ-da həbsdə olan ruslarla dəyişdirilməsini müzakirə edirlər. Vaşinqton Kolumbiyalı üsyançılara silah satmağa cəhd etdiyinə görə 25 il həbs cəzasına məhkum edilmiş rusiyalı Viktor Butun dəyişdirilməsini təklif edir.

Hazırda 32 yaşlı Qreyner Yekaterinburqun qadın basketbol klubunda çıxış edib. Bununla yanaşı, ABŞ milli komandasının üzvü kimi o, iki dəfə Olimpiya Oyunlarının qalibi olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə