İsveç İraqın iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün göstərdiyi səyləri dəstəkləmək üçün bu ölkəyə 10,2 milyon dollar ianə edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
İraqın rəsmi İNA xəbər agentliyinin yaydığı xəbərə əsasən, İraq Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Misak Əbdülhüseyin İsveçin iqlim dəyişikliyindən ən çox əziyyət çəkən ölkələrə etdiyi beynəlxalq yardımlar çərçivəsində İraqı dəstəklədiyini bildirib.
Əbdülhüseyn bildirib ki, 10,2 milyon dollarlıq ianə ölkənin mərkəzi və cənub bölgələrində yaşayanlara ağıllı kənd təsərrüfatı proqramlarını inkişaf etdirmək, sudan istifadəni yaxşılaşdırmaq və fermerlərin mübarizəsini dəstəkləmək üçün istifadə olunacaq.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İraq üzrə nümayəndəsi Salah əl-Hac Həsən ianə ilə bağlı sazişin İsveçin Bağdaddakı səfiri Cessika Svardstromun iştirakı ilə paytaxt Bağdadda imzalandığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB