Putin doqquz ayda ilk dəfə Təhlükəsizlik Şurasını şəxsən çağırıb

Putin doqquz ayda ilk dəfə Təhlükəsizlik Şurasını şəxsən çağırıb

Rusiya prezidenti Vladimir Putin fevralın 21-dən bəri ilk dəfə olaraq Təhlükəsizlik Şurasının daimi üzvlərini onlayn formatda deyil, təkbətək görüş üçün toplayıb.

SİA-nın əldə etdiyi məlumata görə, “Forbes” buna diqqət çəkib.

“Bu gün bizim planlaşdırılan məsələmiz var: Fövqəladə Hallar Nazirliyi mülki müdafiənin təkmilləşdirilməsi məsələlərini müzakirə etməyi təklif edir. Gəlin işə başlayaq”, - deyə Putin görüşün əvvəlində bildirib.

Qeyd edək ki, Putinin rəsmi saytında yerləşdirilən fotoşəkillərə görə, görüş Kremldəki zalda keçirilib. Tədbirdə Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, xarici işlər naziri Sergey Lavrov, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, müdafiə naziri Sergey Şoyqu və başqaları iştirak ediblər.

Xatırladaq ki, Təhlükəsizlik Şurasının bu tipli sonuncu iclası doqquz ay əvvəl baş tutub. Bundan sonra, fevralın 21-də Putin Donetsk və Luqansk Xalq Respublikalarının tanınması haqqında fərmanlar, eləcə də respublikalarla dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilələr imzalayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə