İran Fransa avtomobillərinin idxalına qadağa qoyub

İran Fransa avtomobillərinin idxalına qadağa qoyub

İran hökuməti Fransa istehsalı olan avtomobillərin idxalına qadağa qoyub.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri fars agentlikləri yayıb.

Bu qərar İran əleyhinə sanksiyalara cavabdır.

İranın Ticarət, Sənaye və Mədən Nazirliyinin sözçüsü deyib: “Fransızların ötən illərdəki qeyri-peşəkar davranışlarına görə biz artıq Renault, Peugeot, Citroen və Fransa istehsalı olan digər avtomobillərin qeydiyyatı və idxalına icazə vermirik”.

Departament, İran hakimiyyəti fransız avtomobil istehsalçılarına sanksiyalar vasitəsilə milli avtomobil sənayesinə təzyiq göstərməyə imkan verməyəcəyini vurğulayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə