Fransanın katolik xeyriyyə təşkilatı “Secours Catholique” illik hesabatında ölkədə artan yoxsulluğa diqqət çəkib.
SİA xəbər verir ki, Fransız mediasının “Secours Catholique”-in hesabatına istinadən verdiyi xəbərə görə, təşkilat 2021-ci ildə 938 min adama kömək edib və yardım alan ailələrin 48%-nin əsas qidalarını belə qarşılaya bilmədiyi qeyd edilib.
Hesabatda bildirilib ki, iki ailədən birinin qitalanmaq üçün aylıq bütdcəsi 295 avrodur ki, bu da adambaşına gündəlik minimum 7 avro olan qida xərclərindən 2 avro aşağıdır.
Təşkilatdan yardım alanların 75%-ni köməyə ehtiyacı olan yeni insanlar təşkil edir. Baxmayaraq bahalaşma ilə əlaqədar vəziyyətin daha da pisləşəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB