Rusiyanın Başqırdıstan respublikasının Sterlitamak rayonunda baş verən yanğında beşi uşaq olmaqla yeddi nəfər ölüb.
Bu barədə SİA “TASS”a istinadən xəbər verir.
Qeyd olunub ki, Matveevka kəndindəki kərpicdən tikilmiş yarımtikili evdə yanğın olub. Ümümi sahəsi 56 kv.m olan mənzildə baş vermiş yanğın artıq söndürülüb.
Hadisə yerinin kəşfiyyatı zamanı iki böyük və beş uşağın cəsədi aşkarlanıb.
Hazırda yanğının başvermə səbəbləri müəyyənləşdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB