ABŞ Maliyyə Nazirliyi müxtəlif ölkələrdə qeydiyyatdan keçmiş, İranın neft sektoru ilə əməkdaşlıq edən 13 şirkətə qarşı sanksiya məhdudiyyətləri tətbiq edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq məlumat cümə axşamı nazirlik tərəfindən yayılıb
“ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət Ofisi sanksiyaya məruz qalmış İran neft-kimya brokerləri “Industry Commercial Co.” (PGPICC) və “Triliance Petrochemical Co. Ltd”, o cümlədən İran Milli Neft Şirkəti və onun marketinq qolu “Naftiran Intertrade Company Ltd” (NICO), həmçinin “Gulf Petrochemical”in adından Şərqi Asiyada yüz milyonlarla dollar dəyərində İran neft-kimya məhsullarının satışını asanlaşdıran müxtəlif ölkələrdə qeydiyyatdan keçmişa 13 şirkətə qarşı sanksiya tətbiq edib”, - məlumatda bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB