“McDonald's” Qazaxıstanda fəaliyyətini dayandıracaq

“McDonald's” Qazaxıstanda fəaliyyətini dayandıracaq

“McDonald's” restoranlar şəbəkəsi yerli tədarükdə məhdudiyyətlər səbəbindən noyabrın 18-dən Qazaxıstanda fəaliyyətini dayandıracaq. SİA xəbər verir ki, şirkətin press-relizində qeyd olunur ki, rəhbərlik restoranların yenidən açılması üçün hər cür səy göstərir.

Şirkət nümayəndələri “McDonald's”ın açılışının vaxtı barədə daha sonra məlumat verəcəklərinə söz veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə