Qırğızıstan və Özbəkistan demarkasiya prosesini başa çatdırdı

Qırğızıstan və Özbəkistan demarkasiya prosesini başa çatdırdı

Qırğızıstan parlamenti bu gün Özbəkistanla sərhədin sonuncu mübahisəli hissələrinə dair saziş layihəsini təsdiqləyiblər. SİA xəbər verir ki, parlamentin 90 deputatından 60-ı layihənin lehinə səs verib.

Parlamentarilər noyabrın əvvəlində iki ölkənin xarici işlər nazirləri tərəfindən Kəmpir-Abad (Əndican) su anbarı və sərhədin ayrı-ayrı hissələri ilə bağlı imzalanmış ikitərəfli sazişləri təsdiqləyiblər.

Bununla iki ölkə arasında demarkasiya prosesi tam başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə