ABŞ-ın bəzi silah ehtiyatları tükənir

ABŞ-ın bəzi silah ehtiyatları tükənir

Ukraynaya hərbi yardım fonunda ABŞ-ın bəzi silah ehtiyatları tükənir. SİA xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, ABŞ-ın 155 mm-lik mərmi, “Stinger” zenit raketləri, HARM antiradar raketləri, GMLRS raketləri və “Javelin” tank əleyhinə raketlərə ehtiyacı var.

ABŞ-ın müdafiə naziri Lloyd Austin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milley vəziyyəti yaxından izlədiklərini bildiriblər.

Sentyabrın 10-da Pentaqon Ukraynaya yardım etdikdən sonra silah ehtiyatlarının artırılması üçün 1,2 milyard dollarlıq müqavilələr imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə