Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrailin “Likud” partiyasının lideri Benyamin Netanyahu arasında telefon danışığı olub. SİA Türkiyə Prezident Administrasiyasına istinadla xəbər verir ki, Benyamin Netanyahu Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək İstanbulda törədilən terror aktındakı itkilərə görə başsağlığı verib, eyni zamanda, Rusiya ilə Ukrayna arasındakı Türkiyənin vasitəçilik cəhdlərinin dünya üçün əhəmiyyətli olduğunu ifadə edib.
Başsağlığı üçün zəng etdiyində görə Benyamin Netanyahuya təşəkkürünü bildirən Türkiyə Prezidenti iki gün əvvəl İordan çayının qərb sahilində (Batı Şeria) baş verən hadisənin də onlarda üzüntü yaratdığını dilə gətirib.
İsraildə keçirilən seçkilərin (noyabrın 1-də keçirilən parlament seçkiləri) nəticələrinin ölkə və bölgə üçün xeyirli olmasını arzu edən Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə İsrail əlaqələrinin iki tərəfin də sərgilədiyi güclü iradə sayəsində yeni bir dövrə girdiyini bildirib. Münasibətləri qarşılıqlı maraqlar təməlində, həssaslıqlara hörmət göstərərək davam etdirməyin və davamlı olaraq gücləndirməyin ortaq mənfəət olduğunu ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB