Pakistanda mikroavtobus su kanalına düşüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində 18 nəfər ölüb. Bildirilib ki, qəzada əksəriyyəti qadın və uşaq olmaqla çoxlu sayda insan yaralanıb.
Hadisə yerinə yanğınsöndürən və təcili yardım maşınları sövq edilib.
Bildirilib ki, avtobus Pakistanın ən böyük təbii şirin su gölü olan Mançardan gələn sel sularını Sind çayına axıtmaq üçün Hind şossesində açılan kanala düşüb.
Avtobusda neçə nəfərin olduğu barədə məlumat verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB