"Rusiyanı G20-dən kənarlaşdırmaq mümkün deyil"

"Rusiyanı G20-dən kənarlaşdırmaq mümkün deyil"

Böyük Britaniyanın baş naziri Rişi Sunak, Qərb siyasətçilərinin çağırışlarına baxmayaraq, G20-ni Rusiyasız təsəvvür etmədiyini bildirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Sunak Britaniya parlamentariləri qarşısında çıxışı zamanı G20-nin G7-dən əhəmiyyətli dərəcədə fərqləndiyini bildirib.

O, Rusiyanı G7-də olduğu kimi təşkilatdan kənarlaşdırmaq mümkün olmadığını deyib.

“G20 G7-dən fərqlidir. Bu, konsensus prinsipi ilə işləyən daha geniş ölkələr qrupudur”, - deyə Sunak vurğulayıb.

Böyük Britaniya hazırda G20 tərəfdaşları ilə sıx əməkdaşlıq ediyini deyən britaniyalı baş nazir, əsas vəzifənin nüvə silahından istifadə ilə bağlı təhdidlərin qəbuledilməz olması barədə dünya ictimaiyyətinə aydın siqnalın çatdırılması olduğunu əlavə edib.

Sunakın sözlərinə görə, Moskva “bu mesajı aydın eşidib”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə