Donetsk vilayətinin işğal olunmuş ərazilərində rus işğalçıları kommunal xidmət işçilərini ordu üçün qan verməyə məcbur edirlər. SİA bu barədə Ukrayna saytlarına istinad edir.
Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin yaratdığı “Müqavimət” saytı xəbər verir ki, indi işğalçı qoşunların qan bankı ilə bağlı problemləri var, ona görə də onu yerli sakinlərin hesabına düzəltməyə çalışırlar.
Belə ki, rayon Peşə İdarəsində “səhiyyə şöbəsi” könüllü qanvermə aksiyası elan edib. Deyilənlərə görə, aksiya noyabrın 21-dən dekabrın 1-dək davam edəcək.
“Amma faktiki olaraq iri müəssisələr, eləcə də bələdiyyə qurumları “könüllü” qan verməli olan işçilərin sayına dair planı artıq alıblar”, - məlumatda deyilir.
“Müqavimət”in məlumatına görə, hazırda bölgədə səfərbərlik artıb, ona görə də kişilər qan verdikdən sonra hərbi xidmətə getmək üçün həkim komissiyasından keçmək üçün göndəriş almaq riski ilə üzləşirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB