Hava limanında baş verən yanğınlara görə məmurlar işdən çıxarılıb

Hava limanında baş verən yanğınlara görə məmurlar işdən çıxarılıb

İraqın baş naziri Məhəmməd Şia Sudani Beynəlxalq Bağdad Hava Limanında baş verən yanğınlarla əlaqədar Mülki Aviasiya İdarəsinin direktoru Nail Saad və Beynəlxalq Bağdad Hava Limanının direktoru Əli Takini vəzifələrindən azad edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, çərşənbə axşamı və bu gün səhər saatlarında Bağdad Beynəlxalq Hava Limanının sərnişin terminallarında yanğın baş verib.

Maddi ziyana səbəb olan yanğınları söndürmək üçün onlarla yanğınsöndürən maşın müdaxilə edib. İlk yanğında 3 yanğınsöndürən tüstüdən təsirlənərək xəstəxanaya aparılıb, bugünkü yanğında isə xəsarət alan olmayıb.

Yanğınların səbəbləri hələlik məlum olmasa da, hadisə ilə bağlı araşdırmalar davam edir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə