İran İsrail və Qərb ölkələrinə reaksiya verdi

İran İsrail və Qərb ölkələrinə reaksiya verdi

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İsrail və bəzi Qərb ölkələrinin rəsmilərinin ölkədə vətəndaş müharibəsi başlatmağı planlaşdırdıqlarını, lakin İranın Liviya və Sudan olmadığını bildirib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə İranın xarici işlər naziri rəsmi ''Twitter'' səhifəsində məlumat verib.
O, qeyd edib ki, bu növ planlar quranlar İranın Liviya və Sudan olmadığını bilməlidirlər.
Abdullahiyan bildirib ki, düşmənlər İranın bütövlüyü və şəxsiyyətini hədəfə alırlar.
Sentyabrın 13-də hicab qaydalarına əməl etmədiyi üçün paytaxt Tehranda əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra komada xəstəxanaya aparılan 22 yaşlı Məhsa Emini sentyabrın 16-da dünyasını dəyişib.
Daha sonra yaşanan olaylarda mülki vətəndaşların və təhlükəsizlik qüvvələrinin öldüyü ilə bağlı bəyanatlar verilsə də, ölənlərin sayı ilə bağlı dəqiq məlumat verilməyib.

Mərkəzi Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı Məhsa Əminin ölümündən sonra başlayan nümayişlərə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində həyatını itirənlərin sayının 342-yə yüksəldiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə