Kadırov video yayıb

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna Silahlı Qüvvələrinin əsir düşən əsgəri ilə video yayımlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, video Ramzanın Telegram kanalında yayılıb.

“Ukraynanın Təhlükəsizlik Xidməti, siz orada gözlərinizi qırpıb elektrik kəsilməsi arasında internet saytlarınızda dəhşətli hekayələr yazarkən, bizim burada əsl döyüşlər və nəticələr var. Əsir sizə isti Axmatova salamlarını göndərir”.

Qeyd edək ki, bunu yazan Ramzan bundan sonra da bu cür videoları, eləcə də saxlanılan şəxslər, zədələnmiş və dağıdılmış texnika ilə bağlı maraqlı əməliyyat məlumatları dərc edəcəyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə