İranda silahlı hücum nәticәsindә 7 nәfәr ölüb

İranda silahlı hücum nәticәsindә 7 nәfәr ölüb

İranın cənub-qərbindəki Xuzistan əyalətinin İze şəhərində baş verən silahlı hücumda həyatını itirənlərin sayı 7 nəfərə çatıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

İran dövlət televiziyasına müsahibə verən Əhvaz Cündişapur Sağlamlıq Elmləri Universitetinin rektor müavini Həbib Heyber ötən gecə xalqa və təhlükəsizlik qüvvələrinə atəş açılması nəticəsində ölənlərin sayının 7-yə yüksəldiyini açıqlayıb.

İran rəsmisi bildirib ki, hücum nəticəsində 10 nəfər yaralanıb.

Xuzistan Baş Prokuroru Əli Dehkani hücumla əlaqədar 3 nəfərin saxlanıldığını açıqlayıb.

Hücumla əlaqədar Xuzistan əyalətində 3 günlük matəm elan edilib.

İranın cənub-qərbindəki Xuzistan əyalətinin İze şəhərində keçirilən etiraz aksiyası iştirakçılarına və təhlükəsizlik qüvvələrinə atəş açıb.

Hücumda 4 nəfərin öldüyü, 5 mühafizəçinin yaralandığı açıqlanıb.

Mərkəzi Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı Məhsa Əminin ölümündən sonra başlayan nümayişlərə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində həyatını itirənlərin sayının 342-yə yüksəldiyini açıqlayıb.

Sentyabrın 13-də paytaxt Tehranda İrşad patrul xidməti tərəfindən saxlanıldıqdan sonra komaya düşən 22 yaşlı Məhsa Əmini sentyabrın 16-da dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə