Rusiya iqtisadiyyatında tənəzzül davam edir

Rusiya iqtisadiyyatı bu ilin üçüncü rübündə ötən ilin müvafiq dövrünə müqayisədə öz yerini 4 faiz tənəzzülə verib.
Rusiya iqtisadiyyatında tənəzzül davam edir

Rusiya Federal Statistika İnstitutu (Rosstat) 2022-ci ilin üçüncü rübünün ümumi daxili məhsulu məlumatlarını açıqlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu ilin ikinci rübündə əvvəlki ilin müvafiq dövrünə müqayisədə 4,1faiz kiçilən Rusiya iqtisadiyyatı üçüncü rübdə 4 faiz kiçilib. Beləliklə iki rüb ardıcıl kiçilərək tənəzzül seviyyəsinə daxil oldu.

Rusiya İqtisadi İnkişaf Nazirliyi ölkə iqtisadiyyatının bu il 2,9 faiz kiçiləcəyini proqnozlaşdırılır. Baxmayaraq ölkənin Mərkəzi Bankı iqtisadiyyatın 3-3,5 faiz azalacağını gözləyir.

Qeyd edək ki, Ukraynada fevralın 24-dən davam edən müharibəyə görə Qərb ölkələr Rusiyaya, xüsusilə enerji və maliyyə sektoruna qarşı hərtərəfli sanksiyalar tətbiq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə