BMT Sudandakı humanitar vәziyyәtlә bağlı bәyanat yayıb

BMT Sudandakı humanitar vәziyyәtlә bağlı bәyanat yayıb

Sudan əhalisinin üçdə birinin humanitar yardıma ehtiyacı olduğu, 7 milyon insanın isə qida çatışmazlığı səbəbindən aclıq təhlükəsi ilə üz-üzə qaldığı bildirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk Sudana etdiyi səfərdən sonra paytaxt Hartumda təşkil etdiyi mətbuat konfransında Sudanın təhlükəli bir dönəmdən keçdiyini ifadə etdi.

Ölkə əhalisinin üçdə birinin humanitar yardıma ehtiyacı olduğunu ifadə edən Türk deyib: "7 milyon insan qida çatışmazlığı səbəbindən aclıq təhlükəsi ilə üz-üzədir. Qərbi Sudanın Darfur bölgəsində müxtəlif tayfalar arasında baş verən 11 daxili qarşıdurma nəticəsində 211 min insan didərgin düşüb. Mavi Nil bölgəsində 400, Cənubi Kürdufan əyalətində isə 150 ​​nəfər həyatını itirib''.

BMT-nin İnsan Haüquqları üzrə Ali Komissarı Sudanda vəziyyətin çətin olduğunu, mülki vətəndaşlarını təcili müdafiəyə ehtiyacı olduğunu, təhlükəsizliyin və sülhün təmin edilməsi üçün milli fəaliyyət planının hazırlanmasının vacibliyini vurğulayıb.

Qərbdəki Darfur bölgəsinə də gedən Türk Sudan Suverenlik Şurasının sədri Əbdülfəttah əl-Burhan və müavini Məhəmməd Hamdan Daqalu Hımidti ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə