Yunanıstan İranın neft tankerini azad edib

ABŞ-ın tələbi ilə Yunanıstanın ələ keçirdiyi İran neft tankeri sərbəst buraxılıb
Yunanıstan İranın neft tankerini azad edib

İran: “Yunanıstan müsadirə etdiyi neft ilə dolu tankerimizi ABŞ-ın tələbi ilə azad edib”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu İranın Xarici İşlər Nazirliyi bildirib.

Nazirliyin açıqlamasında qeyd edilib ki, İran və Yunanıstan arasında əldə edilən razılaşmadan sonra İran neftini daşıyan və 6 ay əvvəl Yunanıstan tərəfindən müsadirə edilən tanker Yunanıstanın ərazi sularından ayrılıb. Tanker İrana hərəkət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə