NATO-nun baş katibi Yens Stoltenberq əmindir ki, Rusiya və Ukrayna arasında müharibə sülh danışıqları ilə başa çatacaq, lakin hərbi əməliyyatların dayandırılması qərarı qarşılıqlı olmalıdır və danışıqların nəticəsi döyüş meydanında qüvvələr balansı ilə sıx bağlıdır.
“Biz hamımız münaqişəni sülh danışıqlar yolu ilə həllini istəyirik. Ancaq eyni zamanda, biz başa düşməliyik ki, Rusiya və prezident Putin döyüşləri dayandırsalar və Ukrayna da döyüşləri dayandırsalar, o zaman sülh olacaq”, - Stoltenberq çərşənbə günü axşam BBC-yə müsahibəsində bildirib.
Lakin Ukrayna hakimiyyəti bu mövqe ilə razılaşmır. Kiyev hesab edir ki, hərbi əməliyyatların dayandırılması və sülh danışıqlarının başlanması münaqişənin dondurulmasına gətirib çıxaracaq.
Bu, Rusiyaya döyüş effektivliyini bərpa etmək və yeni sərhədlərdən işğalı təkrarlamaq üçün lazımi möhlət verəcək.
Ukrayna prezidenti Vladimir Zelenski təkid edir ki, Moskva ilə danışıqlar yalnız bütün rus qoşunları işğal olunmuş əraziləri tamamilə tərk etdikdən sonra mümkün olacaq.
Bir gün əvvəl jurnalistlərə verdiyi müsahibədə Zelenski digər ölkələrin liderlərindən Rusiyanın danışıqlara başlamaq istəyi ilə bağlı müəyyən siqnallar aldığını bildirib. Ukrayna prezidentinin sözlərinə görə, Kiyev Rusiya ilə “pərdəarxası” münasibətlər qurmaq istəmir, lakin ictimai dialoqa hazırdır.
Qeyd edək ki, bundan əvvəl G20 sammitinin iştirakçılarına videomüraciətlə çıxış edən Zelenski Ukraynada sülhün bərpası üçün 10 addım təklif edib. Eyni zamanda o, digər ölkələri Kiyevdən “vicdan, suverenlik, ərazi və müstəqilliklə” güzəştə getməyi tələb etməməyə çağırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB