Bu şəhər hava çirkliliyinə görə birinci yerdədir

Bu şəhər hava çirkliliyinə görə birinci yerdədir

Pakistanda havanın çirklənməsi təhlükə yaratmağa davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Pakistanın Karaçi şəhəri qlobal hava keyfiyyəti indeksində dünyanın ən çox hava çirkliliyinə malik şəhərləri siyahısında birinci yerdədir.

Hava keyfiyyəti indeksinə (AQI) görə, Kəraçi atmosferindəki çirklənmiş hissəciklərin sayı 258 hissəcik metr olaraq qeydə alınıb. Lahorda 186 hissəcikölçən qeydə alınıb.

Mütəxəssislər fabriklərdə yanan kömür, zibil, neft və ya təkərlərdən çıxan tüstülər atmosferə qarışdığını və onun təsiri qışın əvvəlində özünü göstərdiyini bildirib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə