Şimali Koreyadan ballistik raket buraxılıb

Şimali Koreyadan ballistik raket buraxılıb

Şimali Koreyadan ballistik raket buraxılıb.
SİA xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Koreya ordusu Koreyadan ölkənin şərq sularına doğru ballistik raket atdığını açıqlayıb.

Şimali Koreyanın şərq sahilindəki Kanqvondan atılan qısa mənzilli ballistik raket Yapon dənizinə düşüb.

Qeyd edək ki, Cənubi Koreya Müdafiə Nazirliyinin sözçüsü Moon Hong Sik, Cənubi Koreya, ABŞ və Yaponiya arasında təhlükəsizlik sahəsində əməkdaşlığın çox vacib olduğunu bildirib.

Aytac Xəlilova

Bütün xəbərlər Facebook səhifəmizdə