Bu ölkədə “McDonal’s” bağlanır

Bu ölkədə “McDonal’s” bağlanır

Noyabrın 22-dən Belarusda “McDonald's” fast food şəbəkəsi restoranları “Vkusno — i Tochka” brendi altında fəaliyyətə başlayacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə respublikada şəbəkəyə xidmət göstərən KSB Victory Restaurants şirkətinin mətbuat xidməti məlumat yayıb.

“21 noyabr “McDonald's” restoranlarımızın son günüdür. Bu gün qapılarımız saat 18:00-a qədər ziyarətçilərin üzünə açıq olacaq. Lakin artıq noyabrın 22-də sizi şəbəkəmizin bütün restoranlarında artıq yeni brend altında – “Dadlı - vəssalam” ilə yenidən görməyə şad olarıq”, - yazıda deyilir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə