Lüksemburqda parlament seçkilərinin vaxtı müəyyənləşib

Lüksemburqda parlament seçkilərinin vaxtı müəyyənləşib

Lüksemburq Böyük Hersoqluğunda parlament seçkilərinin vaxtı müəyyənləşib. SİA xəbər verir ki, Lüksemburq Böyük Hersoqluğunun hökuməti növbəti parlament seçkilərinin 2023-cü il oktyabrın 8-də keçiriləcəyi ilə bağlı mətbuata açıqlama verib.

Hökumət seçki qanununun 134-cü maddəsinə uyğun olaraq 2023-cü il oktyabrın 8-nin bazar gününə təsadüf etməsi ilə bağlı aidiyyəti şəxsləri məlumatlandırıb. Bildirilib ki, lüksemburqlular 60 deputatı seçmək üçün yuxarıda göstərilən tarixdə seçki məntəqələrinə üz tutacaqlar.

Seçki kampaniyası hələ rəsmi açıq olmasa da, Baş nazir postuna namizəd olmaq üçün bəziləri ambisiyalarını gizlətmir. Ancaq indiki Baş nazir Ksavye Bettelin də bu postu 3-cü mandat üçün də saxlamaq niyyətində olduğu vurğulanır.

Bütün xəbərlər Facebook səhifəmizdə