Böyük Britaniyada dəmiryolu işçilərinin tətili daha 6 ay davam edə bilər
Böyük Britaniyada dəmiryolu işçilərinin tətili daha 6 ay davam edə bilər. SİA xəbər verir ki, 40 mindən çox işçinin iştirak etdiyi səsvermədə 14 qatar şirkətinin işçiləri gələn aylarda da tətillərin keçirilməsinin lehinə səs veriblər.
Dəmiryolçular maaşların inflyasiyaya uyğun artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Lakin aylardır davam edən danışıqlar nəticə vermədiyi üçün onlar yenidən tətillərinə davam edəcəklər.
Həmçinin ölkədəki yanğınsöndürənlər də inflyasiyadan sonra artırılan 5 faizlik maaş artımı ilə razılaşmayaraq tətil edəcəklərini açıqlayıblar. Bu onların 12 ildən sonra olan ilk tətili olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB