Moskvanın Tsaritsıno rayonunda yeraltı avtomobil dayanacağı bomba sığınacağına çevrilir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, orada 2 min nəfər gizlənə biləcək.
Kaspiyskaya küçəsindəki yeni binada avtodayanacağın müdafiə obyektinə çevrilməsi planlaşdırılır. Hər şeyin qaydalara uyğun olması üçün yeraltı dayanacağa kanalizasiya və su xətti çəkiləcək. Tikinti-quraşdırma işlərini “Mosvodokanal” şirkəti həyata keçirəcək.
Plana görə, parkinq 2023-cü ilin may ayına qədər bomba sığınacağına çevrilməlidir. Tikinti işləri, hesablamalara görə, 53 milyon rubla başa gələcək.
Qeyd edək ki, Moskvada fövqəladə hallar üçün 400-dən çox bomba sığınacağı və bunker var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB