ABŞ-ın Kaliforniya ştatının Los-Ancles şəhərində avtomobil qəzası baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, qəzada 22 polis əməkdaşı yaralanıb.
Bildirilir ki, qəza yerli vaxtla saat 06:30 radələrində Mills Bulvarı və Trumbol küçəsi yaxınlığında baş verib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım göndərilib, yaralılar xəstəxanaya aparılıb. Los Anceles Yanğından Mühafizə İdarəsindən verilən açıqlamada, 5 polis məmurunun vəziyyətinin ağır olduğu, 4-nün orta, 13-nün isə yüngül yaralandığı qeyd edilib.
Şəxsiyyəti açıqlanmayan sürücünün 22 yaşında olduğu, həbs edilib-edilməməsi ilə bağlı hələlik heç bir açıqlama verilmədiyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB