Çərşənbə günü İranın İsfahan əyalətində naməlum silahlı motosikletçilərin açdığı atəş nəticəsində azı iki nəfər ölüb, eyni sayda insan yaralanıb. SİA xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Məlumata görə, həlak olanların hər ikisi hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Yaralılar xəstəxanaya yerləşdirilib.
Agentlik hadisəni terror aktı adlandırıb.
Bundan əvvəl Xuzistan əyalətinin İza şəhərindəki bazarlardan birində atışma olub, nəticədə 5 nəfər ölüb, eyni sayda yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB