Uill Smitin yeni filminin treyleri yayımlandı

Uill Smitin yeni filminin treyleri yayımlandı

“Apple” baş rolda Uill Smitin çəkildiyi “Liberation” filminin ilk tam treylerini təqdim edib. SİA xəbər verir ki, ekran əsəri “Apple TV+”da 9 dekabr 2022-ci ildə yayımlanacaq.

Film Smitin “Oskar” mərasiində Kris Roka sillə vurduqdan sonrakı ilk filmi olacaq.

“Liberation”dakı hadisələr ABŞ-dakı vətəndaş müharibəsi zamanı cərəyan edir. Süjetin mərkəzində ovçulardan gizlənərək İttifaq Ordusunun qoşunlarına çatmağa çalışan Piter (U.Smit) adlı qaçaq kölə dayanır.

Bütün xəbərlər Facebook səhifəmizdə